Prezident: “Qlobal Bakı Forumu qlobal siyasətə uyğun məsələlərin həlli baxımından aparıcı platformalardan birinə çevrilir”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 noyabr 2021 10:26 (UTC +04:00)

“Tədbir çərçivəsində biz mərkəzin həmsədrləri kimi 2021-ci ildə keçirilən illik toplantıda müzakirələr üçün toplaşmışıq. Hətta bu miqyasda Bakıda toplaşdığımıza da inanmazdıq. Lakin bizim bura gəlməyimiz o deməkdir ki, COVİD-lə bağlı vəziyyət yaxşılaşır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bu həmçinin, onu göstərir ki, bu tədbirə böyük əhəmiyyət verilir: “Çünki Qlobal Bakı Forumu təxirəsalınmaz məsələlərin, qlobal siyasətə uyğun məsələlərin həlli baxımından aparıcı platformalardan birinə çevrilir. İlk olaraq mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, xanım Vayra Vike-Freyberqaya və İsmayıl Serageldinə xüsusi bacarıqlı rəhbərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Hətta pandemiya dövründə də onların fəaliyyəti görünürdü. Məhz onların rəhbərliyi, bu işə, Mərkəzin ideyalarına bağlılığı sayəsində bu mərkəz aparıcı beynəlxalq təsisatlardan birinə çevrildi.

Mən, həmçinin, İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirirəm. Onlar da öz töhfəsini veriblər. O cümlədən daimi iştirakçılara da təşəkkür edirəm. Biz İdarə Heyətinin üzvləri kimi dünən müzakirələr apardıq. Biz böyük bir ailə kimi, dost mehriban bir ailə kimi söhbət apardıq. Bu da bizim uğurlarımızın əsas səbəbidir. Əgər biz bu gün olan iştirakçıların siyahısına baxsaq, görərik ki, sözün əsl mənasında çox təqdirəlayiq haldır ki, qısa dövr ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nadir aparıcı beynəlxalq təsisatlardan birinə çevrilə bildi. Böyük potensiala malik olan bu təsisat bilik, təcrübə və müdrikliyi ilə seçilən intellektual dairələr, siyasətçilər, mətbuat, vətəndaş cəmiyyətinin üzlərini özündə cəmləşdirir. Bir sözlə, bu gün Qlobal Bakı Forumu gündəlikdə olan təxirə salınmaz məsələlərin müzakirəsinə imkan yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR