Prezident Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin sədrini qəbul edib - VİDEO

Turki Al Faysal, Prezident İlham Əliyev

© APA | Turki Al Faysal, Prezident İlham Əliyev

# 03 noyabr 2021 18:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.

APA xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun bir çox mühüm məsələlərin müzakirəsi üçün qlobal platforma olduğu bildirildi, pandemiyaya baxmayaraq, tədbirdə iştirak etmək üçün Bakıya çox sayda qonağın gəlməsinin bu Foruma və ölkəmizə olan marağın göstəricisi olduğu vurğulanıb.

Görüşdə Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin ölkəmizin müvafiq qurumları ilə səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR