Avstraliya Olimpiada üçün namizədliyini bərpa edəcək

Avstraliya Olimpiada üçün namizədliyini bərpa edəcək
# 25 iyun 2020 01:22 (UTC +04:00)

Avstraliya 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı namizədliyi bərpa edəcək.

Apasport.az saytının məlumatına görə, bunu ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Con Kouts açıqlayıb.

O bildirib ki, Kvinslendin geri götürülən namizədliyini yenidən irəli sürmək zərurəti yaranıb. Martda koronavirus pandemiyası üzündən bu addımı atan “Yaşıl qitə” təmsilçisi iqtisadi böhrandan çıxış yolunu Olimpiada və Paralimpiadada görür.

Kouts qeyd edib ki, koronavirus üzündən yaranan vəziyyətdə Kvinslenddəki iş yerlərinə tələbat və iqtisadiyyatın inkişafına Olimpiada təkan verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR