Avstraliya yenidən Olimpiya Oyunları keçirmək istəyir

Avstraliya yenidən Olimpiya Oyunları keçirmək istəyir
# 09 dekabr 2019 11:58 (UTC +04:00)

Avstraliyanın Kvinslend ştatı 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkil etməyə namizədliyini irəli sürmək istəyir.

Apasport.az saytının məlumatına görə, bunu ştatın baş naziri Anasteyşa Palaşuk açıqlayıb.

O bildirib ki, bunun üçün ştatın dövlətdən maliyyə dəstəyi alması lazımdır. Sifariş ərizəsinə Brisben şəhəri, həmçinin Qold-Kost və Şanşayn-Kost kurort zonaları daxil ediləcək.

Qeyd edək ki, Avstraliya artıq iki dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Yarışlar 1956-cı ildə Melburnda, 2000-ci ildə Sidneydə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR