Rusiya Qılıncoynatma Federasiyasının prezidenti: “Neytral bayraq altında da çıxış etməyə hazırıq”

Rusiya Qılıncoynatma Federasiyasının prezidenti: “Neytral bayraq altında da çıxış etməyə hazırıq”
# 26 noyabr 2019 16:40 (UTC +04:00)

Qılıncoynatma üzrə Rusiya milli komandası 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Qılıncoynatma Federasiyasının prezidenti Aleksandr Mixaylov deyib.

O bildirib ki, rəhbəri olduğu qurumun təmsilçiləri neytral bayraq altında çıxış etməli olsalar da, Olimpiadaya qatılacaqlar: “İdman federasiyalarımız hadisələrin belə nəticələnməsinə hazır olmalıdır. Bizə gəlincə, hazırlıqlarımızı bir gün də dayandırmamışıq. Olimpiadaya lisenziyalar uğrunda mübarizə aparacağıq. Bunu bacarsaq, tam məsuliyyətlə yarışa qatılacağıq. Beynəlxalq Olimpiya Komitəsinin, yoxsa neytral bayrağın altında çıxış etməyin bizim üçün prinsipial fərqi yoxdur. İstənilən halda, öz ölkəmiz üçün mübarizə aparacağıq. Lazım gəlsə, neytral bayraq altında da çıxış etməyə hazırıq. Amma imtina etməyəcəyik. Əlbəttə, Olimpiada, növbəti dünya və Avropa çempionatına getməyəcəyik deyərək əllərini yanına sala, hazırlaşmaya bilərik. Amma bu başqa şeydir. Amma hesab edirəm ki, işləməyə davam edib, bu bayrağın altında da olsa, öz ölkəmizin şərəfini qorumalıyıq”.

Qeyd edək ki, Rusiya 4 il müddətinə bütün beynəlxalq idman yarışlarından kənarlaşdırıla bilər. Yığmanın Tokio-2020-yə qatılıb-qatılmaması, həmçinin hansı bayraq altına çıxış edəcəyi sual altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR