Yaponiyalı nazir: “Tokiodakı Olimpiada tam şəkildə keçirilə bilməz”

Yaponiyalı nazir: “Tokiodakı Olimpiada tam şəkildə keçirilə bilməz”
# 24 mart 2020 14:38 (UTC +04:00)

“Hesab edirəm ki, bütün ölkələrdə koronavirus qurtarana qədər Tokiodakı Olimpiada tam şəkildə keçirilə bilməz”.

Apasport.az saytının məlumatına görə, bunu Yaponiyanın Olimpiya Oyunları ilə bağlı işlər üzrə naziri Seiko Hasimoto deyib.

O bildirib ki, koronavirus pandemiyasının yayıldığı bir vaxtda Tokio-2020 Yay Olimpiya Oyunlarının tam şəkildə keçirilməsi mümkünsüzdür. Nazir yarışın yalnız dünyanın koronavirusun öhdəsindən gəlməsindən sonra təşkilini düzgün sayır: “Biz ilk növbədə öz qüvvələrimizi birləşdirməliyik. Tədbirlər görüb koronavirusa son qoymalıyıq”.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi hələlik iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiadanın təxirə salınması ilə bağlı rəsmi qərar verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR