Mbappe və Dembele Tokio-2020-nin iştirak ərizəsinə salınıb

Kilian Mbappe və Usman Dembele

© APA | Kilian Mbappe və Usman Dembele

# 11 may 2021 11:12 (UTC +04:00)

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa millisinin Tokio-2020 Yay Olimpiya Oyunları üçün ilkin iştirak ərizəsinə salınıb.

Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu siyahıda ümumilikdə 85 oyunçunun adını yazıb.

Bu səbəbdən Mbappenin turnirdə iştirakı real görünmür. 22 yaşlı dünya çempionunun Olimpiadada iştirak edib-etməyəcəyi AVRO-2020-dən sonra müəyyənləşəcək. Onunla yanaşı, Usman Dembele (“Barselona”), Eduardo Kamavinqa (“Renn”), Jül Kunde (“Sevilya”) və Teo Ernandes (“Milan”) kimi futbolçular da Olimpiadaya aparıla bilər.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 43 oyunda 37 qol vurub, 5 məhsuldar ötürmə verib.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR