Azərbaycan yığması Pekin Paralimpiadasında 6-cı medalı qazanıb

Azərbaycan yığması Pekin Paralimpiadasında 6-cı medalı qazanıb
# 12 sentyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan yığması bu gün XIII Pekin Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. “APA-Sport”un məlumatına görə, komandamızın aktivinə növbəti mükafatı atlet Zeyniddin Bilalov yazdırıb.

Üçtəkanla tullanma yarışında mübarizə aparan 43 yaşlı idmançı gümüş medala layiq görülüb. Bununla da, paralimpiyaçılarımızın qazandığı medalların sayı 6-ya çatıb. Öncə cüdoçular İlham Zəkiyev 1-ci, Tofiq Məmmədovla Kərim Sərdarov 2-ci, Ramin İbrahimov 3-cü, eləcə də üçtəkanla tullanma turnirinə qatılmış Vladimir Zayets 3-cü yeri tutub.

Hazırda Azərbaycan yığması 1 qızıl, 3 gümüş, 2 bürünc mükafatla medal qazanan ölkələrin siyahısında 32-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Pekin Paralimpiadasında 18 idmançımız qüvvəsini sınayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR