Olimpiya medalçılarına “əməkdar idman ustası” adı verildi

Olimpiya medalçılarına “əməkdar idman ustası” adı verildi
# 31 oktyabr 2008 14:10 (UTC +04:00)
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Gənclər və İdman Nazirliyində (AGİN) növbəti kollegiya keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın “APA-Sport”a verdiyi məlumata görə, iclasda XXIX Pekin Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımıza fəxri adlar verilib. 2005-2008-ci illər üçün Vahid İdman Təsnifatına uyğun olaraq, AGİN-in idman şöbəsi 7 idmançını “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı ilə təltif edib.

Beləliklə, 20 yaşlı cüdoçu Elnur Məmmədli (Pekin Olimpiadasının qızıl medalçısı, dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu), 21 yaşlı yunan-Roma güləşçisi Rövşən Bayramov (Pekin Olimpiadasının və dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu), 24 yaşlı yunan-Roma güləşçisi Vitali Rəhimov (Pekin Olimpiadasının gümüş medalçısı, Avropa çempionu), 28 yaşlı boksçu Şahin İmranov (Pekin Olimpiadasının bürünc, Avropa çempionatının gümüş medalçısı), 34 yaşlı cüdoçu Mövlud Mirəliyev (Pekin Olimpiadasının, həmçinin dünya çempionatının bürünc mükafatçısı), 25 yaşlı sərbəst güləşçi Xetaq Qazyumov (Pekin Olimpiadasının və Avropa çempionatının bürünc medalçısı) və 20 yaşlı güləşçi Mariya Stadnik (Pekin Olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu) əməkdar idman ustası adına layiq görülüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR