Pekin Olimpiadasının mükafatçılarının medalları əlindən alındı

Pekin Olimpiadasının mükafatçılarının medalları əlindən alındı
# 11 dekabr 2008 14:49 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Nizam-İntizam Komissiyası istifadəsi qadağan olunan dərman preparatı qəbul edən belaruslu çəkic atanları cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Pekin Olimpiadasında ikinci və üçüncü yeri tutan Vadim Devyatkovskiylə İvan Tixonun medalları əllərindən alınacaq.

BOK bundan əlavə, Devyatkovskini ömürlük cəzaya məhkum edib. Belaruslu idmançı ikinci dəfə dopinq testdə ilişdiyi üçün rəsmi yarışlara buraxılmayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR