27 yaşlı dünya çempionunun cəsədi evində tapılıb - FOTO

27 yaşlı dünya çempionunun cəsədi evində tapılıb - <font color=red>FOTO</font>
# 08 aprel 2009 10:02 (UTC +04:00)
Velosiped idmanı üzrə dünya çempionu, avstraliyalı Cobi Dayka faciəvi şəkildə ölüb. Apasport.az saytının məlumatına görə, onun cəsədi evində tapılıb.

27 yaşlı idmançının hansı səbəbdən öldüyü məlum deyil. Onun kiminsə tərəfindən öldürüldüyü, yoxsa hadisənin intihar olması hələlik bilinmir.

Xatırladaq ki, Dayka karyerasının ən uğurlu illərini 7 il öncə yaşayıb. Əvvəlcə, 2002-ci ildə nüfuzlu beynəlxalq turnirin qalibi olan velosipedçi elə həmin il dünya çempionu tituluna yiyələnib.

Lakin 2003-cü ildən etibarən onun karyerasında eniş başlayıb. O, dopinq qalmaqalında ilişdiyindən, 2004-cü il Afina Olimpiadasına yollana bilməyib. 2005-ci ildə isə Cobi məşqçisinə fiziki təzyiq göstərdiyi üçün 3 ay həbs olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR