XXI Qış Olimpiya Oyunları faciə ilə başlayıb

XXI Qış Olimpiya Oyunları faciə ilə başlayıb
# 13 fevral 2010 08:09 (UTC +04:00)
Bakı – APA. Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarının açılışı faciə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, kirşə idmanı üzrə Gürcüstan milli komandasının üzvü Nodar Kumaritaşvili məşq zamanı dünyasını dəyişib.

Faciə təntənəli açılış mərasiminə 5 saat qalmış baş verib. 21 yaşlı idmançı məşq zamanı ikinci yürüşün sonuncu 270 dərəcəlik döngəsində kirşəyə nəzarəti itirib. Saatda 144 kilometr sürətlə hərəkət edən kirşə divara dəyərək kənara atılıb. Həkimlər özlərini idmançıya yetirərək, ilkin yardım göstərməyə çalışıblar. Qəzadan 8 dəqiqə sonra vertolyotda olan Nodar xəstəxanaya çatdırılıb. Cəmi iki saat sonra isə gürcü vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR