Vankuverdə X Paralimpiya oyunları başlanır

Vankuverdə X Paralimpiya oyunları başlanır
# 13 mart 2010 04:24 (UTC +04:00)
Bakı-APA. Vankuverin BC Place arenasında X Paralimpiya oyunlarının rəsmi açılış mərasimi başlanıb. APA-nın vesti.ru saytına istinadən yaydığı xəbərə görə, tədbirdə Kanadanın general-qubernatoru Mikael Jan və baş nazir Stiven Harper iştirak edirlər
"Bu oyunlar təkcə idman yarışlarına valeh olmaq deyil, həmçinin paralimpiyaçı idmançılarla həmrəylik nümayiş etdirmək imkanıdır".

Qeyd edək ki, ilk dəfə qış parlimpiya oyunları 1976-cı ildə İsveçin Ernşeldsvik şəhərində keçirilib. Həmin yarışlarda dünyanın 16 ölkəsindən fiziki imkanları məhdud olan 198 idmançı iştirak edib.
Vankuverdə başlanan paralimpiya oyunlarında isə dünyanın 44 ölkəsindən 600-dən çox idmançı iştirak edir. Onlar beş idman növündə – dağ-xizəkçilik idmanı, xizəkdə kross, biatlon, kerlinq və kirşə üzərində xokkey yarışlarında güclərini sınayacaqlar.

Onu da qeyd edək ki, ilk dəfə keçmiş SSRİ-dən olan idmançılar 1988-ci ildə Avstriyanın İnsbruke Qış Paralimpiya oyunlarında iştirak ediblər.
1992-ci ildə isə keçmiş SSRİ-dən olan idmançılar birləşmiş bayraq altında çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR