Azərbaycan milli komandası dünya çempionatını 4-cü yerdə başa vurdu

Azərbaycan milli komandası dünya çempionatını 4-cü yerdə başa vurdu
# 27 sentyabr 2010 07:54 (UTC +04:00)
Bakı – APA. Bədii gimnastika üzrə dünya çempionatı Azərbaycan komandası üçün uğurla başa çatıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın paytaxtı Moskvada keçirilən mundialda 53 ölkə arasında cəmi 5 ölkə medal qazanıb və yığmamız bu siyahıda 4-cü yeri tutub.

Yarışı 4 bürünc medalla başa vuran komandamızın heyətində Aliyə Qarayeva halqa, lent və topla hərəkətlərdə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Digər medalı isə yığmamız komanda hesabında qazanıb.

Qeyd edək ki, medal qazanan ölkələrin siyahısında ilk pilləni Rusiya gimnastları tutublar. Onlar 8 qızıl, 5 gümüş və 1 bürünc medala sahib olublar. İkinci yerə İtaliya (1 qızıl, 2 gümüş), üçüncü yerə Belarus (2 gümüş və 3 bürünc) komandası yiyələnib. Beşinci pillədə qərarlaşan Bolqarıstan yığması isə 1 bürünc medala sevinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR