Yay Olimpiya Oyunlarının vaxtı dəyişdirilir

Yay Olimpiya Oyunlarının vaxtı dəyişdirilir
# 26 oktyabr 2010 09:34 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yay Olimpiya Oyunlarının vaxtının dəyişdirilməsini müzakirəyə çıxarmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, BOK 4 ildən bir keçirilən məsul turniri oktyabrda keçirməyi planlaşdırır.

Yay Olimpiya Oyunları təqvimə görə iyulun 15-dən avqustun 31-dək keçirilir. Ancaq 2000-ci ildə Sidney Olimpiadası sentyabrın 15-də start götürmüşdü. BOK-un dəyişikliyi Olimpiadaya çox isti iqlimə malik Doha, yaxud Dubay kimi şəhərlər ev sahibliyi hüququna malik olanda reallaşacaq.

Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2012-ci Londonda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR