Bakıda 2012 Olimpiya və Paralimpiya oyunlarına həsr olunmuş qaçış keçiriləcək

Bakıda 2012 Olimpiya və Paralimpiya oyunlarına həsr olunmuş qaçış keçiriləcək
# 04 mart 2011 14:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “London 2012 Olimpiya və Paralimpiya oyunlarına 500 gün” kampaniyası çərçivəsində Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə Tofiq Bəhramov adına Respublika Stadionunda qaçış təşkil edəcək. Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Xatırladaq ki, 2012 Olimpiya və Paralimpiya oyunları iyulun 27-dən avqustun 12-dək və avqustun 29-dan sentyabrın 9-dək Londonda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR