Azərbaycan və Rusiya arasında idman sahəsində saziş imzalanıb

Azərbaycan və Rusiya arasında idman sahəsində saziş imzalanıb
# 31 mart 2011 08:16 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycanı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təmsil edib.

20-dən artıq ölkənin nümayəndəsinin qatıldığı tədbirdə İ. İsmayılov müxtəlif dövlətlərin bir sıra idmana məsul şəxsləri ilə görüşlər keçirib, 2014-cü ildə Soçi şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarına hazırlıq prosesi, bir sıra idman obyektləri ilə yaxından tanış olub. İ. İsmayılov eyni zamanda Azərbaycan idmançılarının Rusiyada yerləşən Beynəlxalq Olimpiya Akademiyasında təcrübə keçmələri ilə bağlı da danışıqlar aparıb.

Səfər çərçivəsində İ. İsmayılov və Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə təlim məşq toplantılarının keçirilməsi, idmançıların təcrübə keçmələri, onların və məşqçilərinin hüquqlarının qorunması, idmanın təbliğatı, idman yarışlarının təşkili və s. daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR