İsveçli legioner Azərbaycan yığmasından ayrılıb

İsveçli legioner Azərbaycan yığmasından ayrılıb
# 28 aprel 2011 12:54 (UTC +04:00)
Bakı – APA. Azərbaycanı su idmanı növü üzrə “Formula-1” yarışlarında təmsil edən Yonas Anderson milli komandamızda çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, isveçli legioner yenidən öz ölkəsinə qayıtmağı üstün tutub.

Azərbaycan Motorlu Qayıqlar Federasiyasının təklifi ilə yığmamızın şərəfini qoruyan Andersonun bu ildən ölkəmizi təmsil etməyəcəyi müəyyənləşib. O, əvvəlki kimi yenidən İsveç milli komandasına qayıdıb. Artıq bu ölkənin bayrağı altında ilk yarışını keçirən Yonas dünya çempionatının ilk mərhələsindən sonra 16 idmançı arasında 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2010-cu ildə Anderson dünya çempionatında Azərbaycanın adından çıxış edərək, 9-cu yerə sahib olmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR