Rusiya Olimpiya Komitəsinin prezidenti: “Azərbaycanın London Olimpiadasında bir sıra idman növlərində qələbə şansları var”

Rusiya Olimpiya Komitəsinin prezidenti: “Azərbaycanın London Olimpiadasında bir sıra idman növlərində qələbə şansları var”
# 27 may 2011 10:12 (UTC +04:00)
Bakı – APA. “Azərbaycanlı idmançılar ildən-ilə Olimpiadalarda uğurla çıxış edirlər. Hər halda, bu inam da çox yaxşıdır. Bir medalla başladılar, sonra 3, 5, 7 medal oldu”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukova məxsusdur.

Bakıda səfərdə olan Jukov Azərbaycan və Rusiya idmançılarının 2012-ci il London Olimpiadasında şanslarını dəyərləndirib: “Azərbaycan bəzi idman növlərində, xüsusilə, güləşdə çox yaxşı inkişaf edib. Yeni idman növlər, məsələn, avarçəkmə növü yaradılıb. Buna görə də Londonda bir sıra idman növlərində qələbə şanslarınız var. Azərbaycanın Londonda çıxışı çox uğurlu olacaq. Hər halda, biz həmişə dostlarımıza uğurlar arzulayırıq. Rusiyaya gəldikdə, uğurlu çıxışa ümid edirik. Londonda çox ciddi mübarizə olacaq. Vəzifəmiz həm qızıl medalların sayını, həm də komanda göstəricisində ilk “üçlüy”ə düşməkdir”.

Jukov Soçi-2014 Qış Olimpiya Oyunlarına gedən hazırlıqla bağlı açıqlama da verib: “Soçi Olimpiadasına hazırlıq çox sürətlə gedir. İndi əsas idman qurğularının tikilməsi qrafikində çalışırıq. Bununla yanaşı, idmançıların hazırlığına böyük xüsusi diqqət yetiririk. Çünki həm hamının xoşuna gələn yaxşı Olimpiada keçirmək lazımdır, həm də ev sahiblərinə uğurlu çıxış çox vacibdir. Bütün bunları nəzərə alaraq, hazırlıq planını müzakirə etdik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR