Sabunçuda yeni idman zalı istifadəyə verilib - FOTO

Sabunçuda yeni idman zalı istifadəyə verilib - <font color=red>FOTO</font>
# 01 iyun 2011 13:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Sabunçu rayonu Balaxanı qəsəbəsində yeni idman zalı istifadəyə verilib. APA-nın məlumatına görə, bununla bağlı keçirilən mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev və rayon ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Onlar ölkə idmanının inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu ənənəni prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyiblər. Mərasimdə qeyd olunub ki, idman zalı “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı”na əsasən inşa edilib.
Sonra idman zalının açılışını bildirən lent kəsilib, qonaqlar və qəsəbə sakinləri yeni idman qurğusu ilə tanış olublar. 2007-ci ilin yanvar ayından tikintisinə başlanan ikimərtəbəli zal iki ədəd soyunub-geyinmə otağı, iki ədəd duş kabinəsi, həkim, məşqçi otağı və digər texniki otaqlarla təchiz olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR