Azərbaycan milli komandası London Olimpiadasına 6 lisenziyanı birdən qazanıb

Azərbaycan milli komandası London Olimpiadasına 6 lisenziyanı birdən qazanıb
# 01 iyul 2011 09:54 (UTC +04:00)
Bakı – APA. Parolimpiyaçı atletlərdən ibarət Azərbaycan milli komandası növbəti uğuruna imza atıb. Milli Parolimpiya Komitəsindən apasport.az saytına verilən məlumatına görə, yığmamız 2012 ci il XIV London Yay Parolimpiya Oyunlarına 6 lisenziya qazanması rəsmiləşib.

Böyük Britaniya paytaxtına vəsiqəni Oloxan Musayev, Zayets Vladimir, Oleq Panyutin, Elçin Muradov, Rza Osmanov və Hüseyn Həsənov qazanıblar. Onlar bu uğura yanvarda Zelandiyanın Kraysçörç şəhərində keçirilən dünya çempionatında və apreldə Türkiyənin Antalya şəhərində baş tutan Dünya Oyunlarında göstərdikləri nəticələrlə imza atıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR