2020-ci ilin Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Azərbaycan paytaxtının namizədliyi rəsmən qeydə alınıb

2020-ci ilin Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Azərbaycan paytaxtının namizədliyi rəsmən qeydə alınıb
# 02 sentyabr 2011 12:36 (UTC +04:00)
APA-nın Beynəlxalq Olimpiya Komitəsinin internet saytına istinadən verdiyi məlumata görə, namizəd ölkələr sırasında Azərbaycan paytaxtı Bakı da var. Namizədliyi qeydə alınmış digər beş şəhər isə bunlardır: Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya), Roma (İtaliya) və Tokio ( Yaponiya).

Bildirildiyinə görə, yaxın iki il ərzində namizəd şəhərlər Beynəlxalq Olimpiya Komitəsinin iki mərhələdən ibarət sınaq prosedurundan keçəcək, 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə isə qalib şəhər seçiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR