London-2012-nin yeni talismanı təqdim olunub - FOTO

London-2012-nin yeni talismanı təqdim olunub - <font color=red>FOTO</font>
# 06 sentyabr 2011 08:20 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Olimpiadanın sayca 3-cü talismanı şir olub.

“Prayd” adlı talisman hərəsinin 1 gözü olan personajlar Uenlok və Mandevil haqda tam müsbət fikir formalaşmadığından “dünyaya gəlib”. Belə ki, britaniyalıların heç də hamısı bu qəribə talismanları tam qəbul etmək istəməyib. Buna görə də təşkilatçılar hamının tanıdığı heyvanların şahına da ehtiyac duyub. 11 min sayda müxtəlif məhsul və suvenir qismində satışa çıxarılacaq “Prayd” proqnozlara əsasən 130 milyon dollardan artıq qazanc gətirməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR