Azad Rəhimov: “Azərbaycanın London Olimpiadasına 50 lisenziya qazanması nəzərdə tutulur”

Azad Rəhimov: “Azərbaycanın London Olimpiadasına 50 lisenziya qazanması nəzərdə tutulur”
# 09 sentyabr 2011 11:47 (UTC +04:00)
Ən çox vəsait cüdo, boks, güləş, ağır atletika, avarçəkmə, atçılıq, atletika, gimnastika, atıcılıq və su idman növlərinə ayrılıb. Qeyri-Olimpiya idman növləri üzrə isə 1 milyon 80 min manat xərclənilib”. Apasport.az saytının məlumatına görə, bu sözlər gənclər və idman naziri Azad Rəhimova məxsusdur.

Bu gün mətbuat konfransı keçirən nazir bildirib ki, 2011-ci ilin arxada qalan 8 ayı ərzində Azərbaycan idmançıları 150-dən çox beynəlxalq yarışda iştirak edərək, 200-ə qədər medal qazanıblar.

Rəhimovun sözlərinə görə, 2010-cu ilin yekunlarına əsasən bu il London-2012-yə 19 idman növü üzrə hazırlıq gedir: “Bu idman növlərində 170 idmançı mübarizəyə başlayıb. Onlardan 83-ü qadındır. Bu günə kimi isə lisenziyalarımızın sayı 9, Olimpiadaya yollanacaq idmançılarımızın sayı 10-dur. Bundan əlavə, cüdo üzrə dünya çempionatından sonra daha 6 idmançımız Olimpiya Oyunlarında iştirak üçün ilk “22-lik”yə daxil olublar. Yəni lisenziyalardan danışarkən Pekin-2008-də bunun sayı 44 idisə, London Olimpiadasında bunun 48-50 olacağı nəzərdə tutulub. Medallara gəlincə, növbəti Olimpiya Oyunlarında daha önəmli məqam onların sayı deyil, əyarı olacaq”.

Nazir bildirib ki, idmançılarımızın London-2012-yə hazırlıq planı barədə də məlumat verib: “Bu il Olimpiya idman növləri üzrə təlim-məşq toplanışlarına 1 milyon 290 min manat vəsait nəzərdə tutulub. Bunun 900 min manatı xərclənib. Olimpiya oyunlarına hazırlıq məqsədi ilə idmançılar müxtəlif ölkələrdə 100-dək təlim-məşq toplanışlarında olublar. Hazırlıq prosesindən danışarkən deyim ki, bu 2 mərhələdə aparılır. Əvvəlcə lisenziya qazanma, ardınca lisenziya qazanmış idmançıların hazırlığı”.

Rəhimov bu ilin sonuna kimi Azərbaycan idmançılarının qatılacağı lisenziya xarakterli yarışlarda da böyük uğurlar qazanacağımız qənaətindədir: “Sentyabrın 10-19-da Türkiyədə güləş üzrə dünya çempionatı təşkil olunacaq. Bizim əsas idman növlərimizdən olan güləşdən 14 lisenziya gözləyirik. Bununla yanaşı, Bakıda ilin sonuna kimi boks üzrə dünya çempionatı və cüdo üzrə Dünya Kuboku da təşkil ediləcək. Bu yarışlarda boksçularımız tam heyətlə, cüdoçularımız 28-də yaxın idmançı ilə mübarizə aparacaqlar. Hər 2 yarışdan da uğurlu göstəricilər gözləyirik”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR