Rusiya Azərbaycanla birgə Olimpiya Oyunları keçirə bilər

Rusiya Azərbaycanla birgə Olimpiya Oyunları keçirə bilər
# 09 sentyabr 2011 13:40 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinə Bakı və Dərbəndin ortaq təşkilatçılığı ilə bağlı sifariş ərizəsinin verilməsi gözlənilir.

Bu variant barədə Rusiya Dövlət Dumasının sədr müavini, Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və konkisürmə üzrə Olimpiya çempionu Svetlana Jurova məlumat verib. “Rusiya - idman ölkəsidir” forumunda çıxış edən məşhur idmançı xanım Bakı və Dərbəndin namizədliyi haqqında fikirlərini açıqlayıb: “Yaxın illərdə Rusiya çoxsaylı dünyasəviyyəli turnirlə ev sahibliyi edəcək. Bunlar arasında qış Olimpiadasından tutmuş, futbol üzrə dünya çempionatına kimi var. Yəqin ki, bununla kifayətlənməyib, digər yarışların da təşkili ilə bağlı namizədliyimizi verəcəyik. Məlum olduğu kimi, Rusiya prezidenti Dmitri Medvedev də belə idman tədbirlərinin keçirilməsinin tərəfdarıdır. Hətta bildiyimə görə çox maraqlı variantlar da var. Bunlardan biri 2018-ci ildə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına Rusiya və Azərbaycan ev sahibliyi etməsi ilə bağlıdır. Bizim tərəfdən bu şəhərin Dərbənd, qonşu ölkədən isə Bakı olacağı gözlənilir. Məsələnin təfərrüatını hələ bilmirəm. Hətta bunun üçün sifariş ərizəsinin nə vaxta kimi verilməsindən də xəbərim yoxdur. Amma qonşularımızdan biri ilə birgə təşkilatçılıqla bağlı ideyanın verilməyinin özü çox maraqlıdır”.

Qeyd edək ki, Bakı 2020-ci il Olimpiya Yay Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR