Apasport.az saytı mükafat alıb – FOTO

Apasport.az saytı mükafat alıb – <font color=red>FOTO </font>
# 26 oktyabr 2011 15:00 (UTC +04:00)
Apasport.az saytının xəbərinə görə, “Hilton” otelində düzənlənən toplantıda qurumun gündəliyinə əsasən bu ilin yekunları, növbəti ilə dair iş planı və digər məsələlər müzakirə olunub.

Qonaqlar tədbir çərçivəsində paytaxtımızda bir sıra idman qurğuları ilə tanış olublar. Onlar səfər çərçivəsində ölkəmizdə bir sıra rəhbər şəxslərlə görüşü, Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində qəbulu da nəzərdə tutulmuşdu. Qonaqlar Milli Məclisin sədri Oqtay Əsədovun qəbulunda da olub.

Eyni zamanda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 2010-cu il üçün müxtəlif nominasiyalar üzrə qalib elan etdiyi jurnalistlərə mükafatların verilməsi məhz Avropa media nümayəndələrinin iştirakı ilə reallaşdırılıb. AİJA “APASPORT”u 2010-cu ilin yaxşı idman portalı seçib. Mükafatı saytımıza AİPS-in baş katibi Çarles Camenzuli təqdim edib.

Müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılandan sonra AİPS və UEPS-in rəhbərləri, habelə Milli Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər. Onlar qalibləri təbrik etməklə yanaşı, öz tövsiyələrini çatdırıb, mövcud problemlər və onlardan çıxış yolları haqda fikirlərini bildirib.

Hüseynzadə azərbaycanlı idman jurnalistlərin bura gələn mötəbər insanlardan mükafatlar almağı onlar üçün qürurverici olduğunu, ünsiyyət qurmağa imkan qazanmalarından faydalanmağın vacibliyini bildirib. O, gələcəkdə Azərbaycanda belə tədbirlərin keçiriləcəyini bildirib. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılzadə də iştirak edib.

Qeyd edək ki, İK-in 12 üzvündən biri həmyerlimiz, AİJA prezidenti Eldar İsmayılovdur. Onun ötən il bu mötəbər beynəlxalq jurnalist təşkilatında belə etimad qazanması, Azərbaycan mətbuatı tarixində ilk və hələlik yeganə hadisədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR