Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin Soçidə keçirilən 40-cı Baş Assambleyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin Soçidə keçirilən 40-cı Baş Assambleyasında iştirak edəcək
# 23 noyabr 2011 13:48 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, Azərbaycanın gənclər və İdman naziri Azad Rəhimov Assambleyanın işində iştirak etmək üçün Soçiyə yola düşüb. Toplantıda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edəcək.

Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun qonaqları rəsmi salamlamasından sonra Assambleya işinə start verəcək. Toplantı noyabrın 24-dək davam edəcək.

Ç. Hüseynzadə noyabrın 25-də Moskva şəhərinə yola düşərək Rusiya Olimpiya Komitəsinin 100 illik yubileyinə həsr olunmuş gecədə iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR