Olimpiya oyunlarının mütəxəssisləri Bakıdadır – FOTO

Olimpiya oyunlarının mütəxəssisləri Bakıdadır – <font color=red>FOTO </font>
# 30 noyabr 2011 12:51 (UTC +04:00)
Bakı-APA. “Bakı 2020” layihəsi ilə bağlı dünya şöhrətli ekspert qrupu Bakının öyrənilməsi, 2020-ci il mərkəz şəhər üçün ən mükəmməl planının hazırlanması məqsədi ilə Azərbaycana gəlib. Ekspert qrupu “Bakı 2020” təşkilat qrupu ilə görüş keçirib. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Dünyanın 4 ölkəsindən olan mütəxəssisləri “Bakı 2020”nin icraçı direktoru Könül Nurullayeva salamlayıb. Müxtəlif ölkələrdən olan mütəxəssislərdən ibarət qrup Olimpiya hərəkatı üzrə Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Cənubi Afrika, Hollandiya, Avstraliya, ABŞ və Kanadada , eyni zamanda Olimpiya inşaatı, idman və məkan, təhlükəsizlik, nəqliyyat, ətraf mühit və digər sahələrdə ən öndə gedən professionallardan ibarətdir. Mütəxəssislərdən biri uzun illər beynəlxalq idman aləmində, xüsusi ilə 1961-ci ildən basketbol növündə dünyanın ən yaxşı idman icraçılarından biri olan Avstraliyalı Bob Elfinstondur. Bob Elfinston 2000-ci il Sidney Olimpiya oyunlarının təbliğatı zamanı baş menecer vəzifəsində çalışıb. O eyni zamanda Olimpiya oyunlarında 28 idman növünün yüksək səviyyədə həyata keçirilməsində birbaşa məsul şəxs olub.
K. Nurullayeva bu cür yüksək səviyyəli işçi qrupunu Bakıda salamlamaqdan məmnunluq duyduğunu deyib: “Tam əminliklə deyə bilərəm ki, bu cür nüfuzlu və böyük təcrübəyə malik şirkətlə yüksək təbliğat aparıb, böyük uğurlar əldə edə biləcəyik. Bakıda idman infrastrukturunun inkişafı üçün dövlət tərəfindən milyonlarla dollar sərf edilir. Bunun əsas səbəbi ölkənin iqtisadiyyatının sürətli inkişafıdır. Məhz buna misal olaraq son üç ildə biz yeni Olimpiya stadionunun, eyni zamanda Olimpiya Komplekslərinin, yeni idman meydançalarının tikintisinə başlamışıq. Bakı Olimpiya ailəsinə vəd etdiklərinin hər birini nümayiş etdirəcək”.

Bob Elfinston isə deyib ki, Bakının gözəlliyi və cəlbediciliyinə heyran olub: “Bakı dünyanın ən böyük sirlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhərdir: “Əminəm ki, birgə olaraq Bakının ən yüksək səviyyəli təbliğatı üçün işlər görə bilərik. Azərbaycan gənc bir ölkədir. Onun əhalisinin 50 faizdən çoxu 30 yaşından aşağı olan insanlardır. 2020-ci il Olimpiya və Paralimpiya oyunlarının Bakıda keçirilməsi milyonlarla insanların ürəyi və beyninə yol tapmağın ən gözəl yoludur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR