Basketbol üzrə Olimpiya seçmə turnirləri Venesuela və Türkiyədə keçiriləcək

Basketbol üzrə Olimpiya seçmə turnirləri Venesuela və Türkiyədə keçiriləcək
# 10 dekabr 2011 22:46 (UTC +04:00)
Bakı-APA. 2012-ci il Yay Olimpiya oyunlarının basketbol üzrə seçmə turnirləri Venesuela və Türkiyədə keçiriləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Basketbol Federasiyası (FIBA) bildirib.
Kişilərdən ibarət basketbol komandaları arasında seçmə yarışlar Venesuelada iyulun 2-8-nə kimi keçiriləcək. Bu turnirdə Rusiya, Litva, Makedoniya, Yunanıstan, Anqola, Dominikan Respublikası, İordaniya, Cənubi Koreya, Yeni Zelandiya, Nigeriya, Puerto Riko və Venesuela komandaları iştirak edəcəklər. On iki komandadan yalnız üçü London Olimpiadasına vəsiqə qazanacaq.

Qadınlardan ibarət komandalar arasında seçmə turnir Türkiyənin paytaxtı Ankarada 25 iyun- 1 iyul tarixləri arasında keçiriləcək. Bu turnirdə Argentina, Kanada, Xorvatiya, Çex Respublikası, Fransa, Yaponiya, Cənubi Koreya, Mali, Mozambik, Yeni Zelandiya, Puerto Riko və Türkiyə komandaları iştirak edəcəklər. Bunlardan yalnız beşi Olimpiya oyunlarına vəsiqə qazanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR