Azərbaycan idmançıları 2011-ci ildə 700-dən çox medal qazanıblar

Azərbaycan idmançıları 2011-ci ildə 700-dən çox medal qazanıblar
# 13 dekabr 2011 12:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan idmançıları başa çatmaqda olan 2011-ci ildə iştirak etdikləri beynəlxalq yarışlarda 700-dən çox medal qazanıblar. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

İdmançılarımızın çıxışını uğurlu sayan nazir bildirib ki, ötən il həmyerlilərimiz dünya, Avropa və mötəbər beynəlxalq turnirlərdə 675 medal qazanmışdısa, bu il medalların sayı 700-ü keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR