Prezident İlham Əliyev: «2011-ci ildə Azərbaycan dünyadakı mövqelərini möhkəmləndirə bilib»

Prezident İlham Əliyev: «2011-ci ildə Azərbaycan dünyadakı mövqelərini möhkəmləndirə bilib»
# 19 dekabr 2011 21:42 (UTC +04:00)
700-dən çox medal əldə etmişik və bu proses uğurla davam etdirilir. Mən ümid edirəm ki, 2012-ci il də idmanımız üçün uğurlu olacaq». Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Olimpiya İdman Kompleksinin açılışında etdiyi çıxışda bu fikirləri işlədib. Prezident bildirib ki, idman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir: «Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2011-ci ildə ölkəmizdə beynəlxalq idman yarışları, o cümlədən boks üzrə dünya çempionatı keçirilib. Birinci dəfə deyil ki, biz bu beynəlxalq yarışları Azərbaycanda keçiririk. Hər dəfə bütün qonaqlar qeyd edirlər ki, yarışlar yüksək səviyyədə keçirilir və bizim təşkilatçılıq imkanlarımız çox yüksək səviyyədədir. Bu il bölgələrdə yeni idman kompleksləri istifadəyə verilib. Dörd Olimpiya İdman Kompleksi tikilib - Tovuzda, İmişlidə, Qəbələdə və Sumqayıtda. Bu proses davam etdirilir. Hazırda 10 olimpiya idman kompleksi tikilir, yaxud da ki, tikintisi üçün hazırlıq işləri aparılır. Bu komplekslərdə həm idmançılar, həm yeniyetmələr, gənclər, uşaqlar məşq edir. Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Yeniyetmələr arasında Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan çox ləyaqətlə təmsil olunub. Bu proses artıq uzun illərdir ki, aparılır. Bu sahədə kütləvilik təmin edilib. Bizim gənc nəsil sağlam olmalıdır. Həm fiziki cəhətdən sağlam olmalı, həm ölkə vətəndaşı kimi çox böyük mənəvi dəyərlərə malik olmalıdır. Biz ümid edirik ki, bu gözəl meyillər gələn illərdə də davam etdiriləcək. Gələn il Olimpiya ilidir. Eyni zamanda, gələn il Azərbaycanda qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Bu, böyük, mötəbər yarış olacaq. Bu yarışı ləyaqətlə keçirmək üçün indi Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır. Biz yaxın zamanlarda Sumqayıt şəhər stadionunun təmirinə başlayacağıq. Digər şəhərlərdə stadionlar tikilir. Biz ümid edirik ki, Olimpiya Oyunlarında böyük uğurla çıxış edəcəyik. Bir sözlə, Azərbaycanda idman inkişaf edir, idman infrastrukturu yaradılır. İdmanla məşğul olmaq üçün hər bir bölgədə gözəl imkanlar var. Yaxın gələcəkdə hər bir rayon mərkəzində gözəl olimpiya idman kompleksləri istifadəyə veriləcək. İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Bu sahədə əldə edilən uğurlar, əlbəttə ki, bizi gələcək uğurlara sövq edir. Biz əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Yalnız və yalnız gələcəyə baxmalıyıq ki, daha da böyük qələbələr əldə edək».

Prezident Əliyev Sumqayıtın inkişafına çox böyük diqqət göstərildiyini bəyan edib. «Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar var. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılıb. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaq. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaq. Bu məqsədlə müvafiq göstərişlər verilib. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaq. Azərbaycan dövləti bu proqramı həll etmək üçün böyük miqdarda vəsaitin təşkilində israrlıdır, biz bunu edəcəyik. Sumqayıtın bütün sənaye potensialını icra etmək üçün əlavə infrastruktur layihələri nəzərdə tutulur. Vaxtilə burada tikilmiş elektrik stansiyası müəyyən dərəcədə bu məsələlərin həllinə kömək göstərir. Ancaq Sumqayıtın və ümumiyyətlə, ölkəmizin uğurlu inkişafını nəzərə alaraq yəqin ki, gələcəkdə yeni enerji güclərinin yaradılmasına da ehtiyac olacaq. Bu gün Sumqayıtda ən müasir texnologiyalara malik olan azot gübrəsi - karbamid zavodunun təməl daşı qoyulur. Bu zavodun ölkə daxilində çox böyük əhəmiyyəti olacaq. Çünki biz hazırda kənd təsərrüfatının inkişafı üçün əsas gübrələri xaricdən idxal edirik. Zavodun fəaliyyətə başlaması nəticəsində biz artıq nəinki özümüzü təmin edəcəyik, eyni zamanda, ixrac potensialımız da yaradılacaq. Nəzərə alsaq ki, kəndlilərə, fermerlərə güzəştli şərtlərlə gübrələr verilir, bu zavodun Azərbaycanda məhz Sumqayıtda tikilməsi böyük əhəmiyyətə malikdir. Bizim digər sahələr üzrə fikirlərimiz var. Sumqayıtı, yenə də deyirəm, müasir sənaye mərkəzinə çevirmək üçün konkret proqramlarımız, icra mexanizmlərimiz var və biz bunu edəcəyik», deyə prezident bildirib.

Dövlət başçısı həmçinin şəhərin bütün infrastrukturunun yenilənməli olduğunu vurğlulayıb. «Su, kanalizasiya xətləri, qazlaşdırma, elektrik xətlərinin çəkilişi – bu işlərin böyük əksəriyyəti öz həllini tapıb. Ancaq biz yenə də bu məsələlərlə məşğul olacağıq. Sumqayıtı memarlıq baxımından gözəl şəhərə çevirmək üçün artıq konkret proqramlar icra edilir. Mən bu məsələləri nəzarət altında saxlayıram və Sumqayıtı gözəlləşdirmək üçün konkret planlarımız vardır. Parklar abadlaşır, biz yeni dənizkənarı bulvarın tikintisinin başlanmasına qərar vermişik. Mən keçən dəfə də burada olarkən demişəm, Sumqayıtda, memarlıq sahəsində, tikintidə Bakı standartları tətbiq edilməlidir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Sumqayıt da geri qalmamalıdır. Əvvəlki dövrdə tikilmiş binalar bərpa edilməlidir, gözəlləşdirilməlidir. Yeni tikilən binalar gözəl memarlıq üslubunda yaradılmalıdır. Beləliklə, həm şəhərin sosial-iqtisadi, kommunal məsələləri həll olunacaq, həm də Sumqayıt böyük sənaye mərkəzinə və çox gözəl, abad şəhərə çevriləcək. Bir daha qeyd etmək istəyirəm ki, mən Sumqayıtın inkişafına xüsusi diqqət göstərirəm. Mən şəhərdə dəfələrlə olmuşam, bundan sonra da dəfələrlə olacağam. Çünki hələ ki, burada görüləsi işlər çoxdur», deyə o əlavə edib.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2011-ci ili uğurla başa vurur. «Ölkə daxilində bütün vəzifələr icra edilir. 2011-ci il də ölkəmiz üçün uğurlu olub. Azərbaycan dünyadakı mövqelərini möhkəmləndirə bilib, ölkə daxilindəki vəziyyət çox müsbətdir. Hər yerdə inkişaf, hər yerdə tikinti, quruculuq, abadlıq işləri aparılır - böyük şəhərlərdə, kiçik kəndlərdə, hər yerdə. Bax bu, bizim strateji xəttimizdir. Azərbaycan uğurla inkişaf edir, uğurla irəliyə gedir. Gələcəkdə görüləcək işlərimiz çoxdur. Əminəm ki, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapacaq», deyə dövlət başçısı bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR