Azərbaycan Nazirlər Kabineti bədən tərbiyəsi və idman tədbirlərinin maliyyələşdirilməsi qaydalarında dəyişikliklər edib

Azərbaycan Nazirlər Kabineti bədən tərbiyəsi və idman tədbirlərinin maliyyələşdirilməsi qaydalarında dəyişikliklər edib
# 21 dekabr 2011 11:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Nazirlər Kabineti "Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nda dəyişikliklər edilməsi haqqında qərar verib.
APA-nın Nazirlər Kabinetinin saytına istinadən verdiyi xəbərə görə, dəyişikliyə əsasən, respublika və beynəlxalq idman tədbirlərinə ezam olunan iştirakçıların yol xərcləri, yolda olduqları müddətdə tələb olunan gündəlik xərcləri və orta əmək haqları ezam edən təşkilat tərəfindən ödəniləcək.
Respublika və beynəlxalq idman tədbirlərinin iştirakçılarının tədbirdə olduqları müddətdə yemək və yataqla və ya gündəlik xərclə əlaqədar olan təminatı həmin tədbirin təsdiq edilmiş Əsasnaməsinə əsasən tənzimlənəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR