Azərbaycan gimnastı London Olimpiadasına lisenziya qazanıb

Azərbaycan gimnastı London Olimpiadasına lisenziya qazanıb
# 12 yanvar 2012 12:57 (UTC +04:00)
Bakı - APA. Azərbaycan gimnastı Şakir Şixəliyev yayda Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 21 yaşlı Bakı gimnastı Olimpiadaya bu qiymətli vəsiqəni elə qarşıdakı Oyunların paytaxtında keçirilən II təsnifat turnirində əldə edib.

Belə ki, idman gimnastımızın çoxnövçülükdə 80,532 xal toplaması, ona artıq Olimpiadada öz yerlərini təmin etmiş idmançıların siyahısına daxil olmağı imkan verib.

Şixəliyev müstəqil Azərbaycanın tarixində son 20 il ərzində möhtəşəm Oyunlara bilet qazanmış ilk idman gimnastıdır. Son dəfə ölkəmiz 1992-ci ildə Barselonada olimpiya çempionu adına layıq görülmüş Valeri Belenki tərəfindən təmsil olunub. Təsadüfi deyil ki, Şakir artıq 3 ildir keçmiş SSRİ-nın əməkdar məşqçisi Anatoli Yarmovski ilə birgə Belenkinin rəhbərliyi altında məşq edir.

Qeyd edək ki, bununla da London-2012-yə lisenziya qazanan idmançılarımızın sayı 29-a çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR