“The Atlantic Cities”: Azərbaycan cəmiyyəti və hökuməti Bakının Olimpiya oyunlarına ev sahibliyi etmək ideyasını şəksiz dəstəkləyir

“The Atlantic Cities”: Azərbaycan cəmiyyəti və hökuməti Bakının Olimpiya oyunlarına ev sahibliyi etmək ideyasını şəksiz dəstəkləyir
# 25 yanvar 2012 10:27 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. “Bakı ən azı əhalinin dəstəyi mənasında önə çıxmış şəhər təsiri bağışlayır”. APA-nın məlumatına görə, bunu ABŞ-ın nüfuzlu “The Atlantic Cities” nəşri Azərbaycan paytaxtı və digər rəqib şəhərlərin 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək şanslarını dəyərləndirərkən yazıb.

Bu yaxınlarda keçirilmiş və paytaxt əhalisinin 95%-nin Bakının namizədliyini dəstəklədiyini müəyyən edən rəy sorğusuna istinad edən nəşr digər namizəd şəhərlərdə əhalinin öz şəhərinə bu cür yekdil dəstək vermədiyini yazır: “Misal üçün, Tokioda bu göstərici 65% təşkil edir”.

Azərbaycan cəmiyyətinin və hökumətinin Olimpiya oyunlarına ev sahibliyi etmək ideyasını şəksiz dəstəklədiyini vurğulayan nəşr eyni zamanda Bakının bir sıra çatışmazlıqlarını da sadalayır. “The Atlantic Cities” hesab edir ki, Bakı üçün çətinliklərdən biri əksər idman obyektlərinin və infrastrukturun “sıfırdan” tikməyə başlamaq zərurəti olacaq. Bundan savayı, nəşr hesab edir ki, böyük idman yarışını qəbul etmək üçün Bakıya viza rejimi məhdudiyyətlərinə yenidən baxmaq lazım gələcək.

Nəşr onu da yazır ki, başqa bir qüsur digər iddiaçı şəhərlərlə müqayisədə, Azərbaycanda ÜDM-in adambaşına düşən miqdarının nisbətən az olmasının əhali tərəfindən biletlərin alınmasına əngəl ola biləcəyidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR