İradə Aşumova reytinq siyahısında irəliləyib

İradə Aşumova reytinq siyahısında irəliləyib
# 07 fevral 2012 12:04 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Atıcılıq Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahını Azərbaycan snayperləri üçün uğurlu saymaq olar.

Belə ki, London-2012-yə lisenziya qazanmış İradə Aşumova 10 metr məsafəyə atəş açmaqda 1 pillə irəliləyərək, 59-cu yerə yüksəlib. Bu məsafədə Nigar Bağırova 3 rəqibini qabaqlayıb və 76-cı pilləyə qalxıb. Gənclər arasında Avropa çempionumuz 25 metr məsafəyə atəş açmaqda da 113-cü yerə yüksəlib. O, burada 6 pillə qabağa gedib. Lakin Aşumova yetirməsindən fərqli, bu məsafədə 35-ci yeri 37-yə dəyişib.

Güllə atıcılarımızdan Ruslan Lunyov da 10 metr məsafəyə atəş açmaqda 1 pillə aşağı enib və 55-ci yerdə qərar tutub.

Stend atıcılarımızdan Olimpiya çempionumuz Zemfira Meftahətdinovanın mövqeyində dəyişiklik olmayıb. O, əvvəlki kimi yenə 16-cıdır. Təəssüf ki, skit növündə mübarizə aparan Nurlana Cəfərova 3, Emin Cəfərov 2 pillə geriləyiblər. Onlar son siyahıda müvafiq olaraq, 37-ci və 41-cidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR