ANOK-un Baş Assambleyası təxirə salınıb

ANOK-un Baş Assambleyası təxirə salınıb
# 18 may 2020 18:09 (UTC +04:00)

 

Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOK) Baş Assambleyası təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, 2020-ci ildə keçirilməli olan tədbir koronavirus pandemiyası üzündən 2021-ci ildə təşkil ediləcək. Tədbir öncədən planlaşdırıldığı kimi Cənubi Koreyanın Seul şəhərində keçiriləcək. Assambleyanın dəqiq tarixi müəyyənləşməyib.

Qeyd edək ki, tədbir öncədən noyabrın 25-26-da keçirilməsi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR