Güləşçilərin lisenziya turnirləri 2021-ci ilə təxirə salınıb

Güləşçilərin lisenziya turnirləri 2021-ci ilə təxirə salınıb
# 03 aprel 2020 22:15 (UTC +04:00)

Dünya Güləş Birliyi (UWW) koronavirus pandemiyası ilə əlaqədar lisenziya xarakterli vacib yarışları 2021-ci ilə keçirib.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.

O bildirib ki, bir il sonraya keçirilən turnirlərin qrafiki 2020-ci ildəki kimi qalıb: “Bu gün UWW-nin prezidenti ilə onlayn-konfransda Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması nəzərə alınmaqla beynəlxalq təqvimi müzakirə etdik. 2021-ci ilin təqvimi bu ilkini əks etdirməklə təkrarlayacaq. UWW bürosu bu qərarı verərkən Tokio Olimpiadasının açılış və bağlanış mərasimlərinin tarixlərinə də əsaslanıb”.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turniri martın 19-22-də, Bolqarıstan paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turniri aprelin 30-dan mayın 3-dək keçirilməli olsa da, koronavirus pandemiyasına görə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR