Olimpiadanın proqramında dəyişiklik edilə bilər

Olimpiadanın proqramında dəyişiklik edilə bilər
# 14 oktyabr 2020 16:43 (UTC +04:00)

Olimpiya Oyunlarının proqramında dəyişiklik edilə bilər.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ağırlıqqaldırmanı yarışın proqramından çıxarmağı planlaşdırır.

Bu idman növü 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq yarışdan kənarda qala bilər. Buna Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) prezident vəzifələrini icra edən amerikalı Ursula Papandreanı indoneziyalı İntar Yodbanqtoyla əvəzləmək qərarı səbəb olub.

BOK öz etirazlarını İWF rəhbərliyinə göndərib. Burada qeyd olunub ki, ağırlıqqaldırmanın Paris Olimpiya Oyunlarına buraxılması ilə bağlı qərar vermək hüququnu saxlayır və federasiyadakı proseslərin gedişindən asılı olaraq yarışın proqramını dəyişə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR