Tokio-2020-nin Təşkilat Komitəsinin nümayəndəsi Olimpiadanın 2 il sonra keçirilməsini təklif edib

Tokio-2020-nin Təşkilat Komitəsinin nümayəndəsi Olimpiadanın 2 il sonra keçirilməsini təklif edib
# 11 mart 2020 10:47 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunları 2 il sonraya təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, belə bir təkliflə yarışın Təşkilat Komitəsinin İcraçı Şurasının üzvü Xaruyuki Takaxasi çıxış edib.

O bildirib ki, koronavirusun yayılması üzündən ən optimal variant yarışların 2022-ci ilə təxirə salınmasıdır. Qurum rəsmisi bunun yarışın ümumiyyətlə ləğv edilməsindən daha yaxşı olduğunu vurğulayıb: “Oyunların ləğvini mümkün saymıram. Amma təxirəsalma ola bilər. Ləğv ediləcəyi halda BOK xoşagəlməz hallarla üzləşə bilər”.

Yaponiyalı qurum rəsmisi xoşagəlməz hallar deməklə maliyyə məsələlərinə eyham vurub. Belə ki, Oyunların yayımı üçün televiziya şirkətləri BOK-a böyük məbləğlər ödəyib. X.Takaxasi təxirə salınmanı vaxt baxımından da mümkün hesab edir: “Vaxtın 2 il sonraya çəkilməsi təkrar təsnifat turnirlərinin keçirilməsi deməkdir. Belə olsa, Oyunlar Qış Olimpiadasından bir neçə ay sonra təşkil edilər. Bu barədə ciddi düşünməliyik”.

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR