Tomas Bax lisenziyaların qüvvədə qalacağını təsdiqləyib

Tomas Bax lisenziyaların qüvvədə qalacağını təsdiqləyib
# 29 mart 2020 22:11 (UTC +04:00)

Koronavirus pandemiyası üzündən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarına qazanılan lisenziyaların qüvvədə qalacağı təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax açıqlayıb.

O bildirib ki, yarış 2020-ci ildə deyil, 1 il sonra baş tutmalı olsa da, orda çıxış etmək hüququ qazananlar Yaponiya paytaxtında qüvvəsini sınayacaq: “Aydın məsələdir ki, Tokiodakı Olimpiya Oyunlarının təsnifat mərhələsini keçən idmançılar lisenziyasını saxlayacaq. Bu ondan irəli gəlir ki, yarış da “Tokio-2020” adını dəyişməyəcək”.

Qeyd edək ki, iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Yay Olimpiya Oyunları BOK-un martın 24-dəki qərarı ilə 2021-ci ilə təxirə salınıb. Yarışda iştirak etməli olan təxminən 11 min idmançıdan 57 faizi artıq turnirə lisenziya qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR