Yaponiyanın prefekturası Olimpiya məşəlindən imtina edəcək

Yaponiyanın prefekturası Olimpiya məşəlindən imtina edəcək
# 17 fevral 2021 09:41 (UTC +04:00)

Yaponiyanın prefekturalarından biri Olimpiya məşəlinin estafetindən imtina edəcək.

Apasport.az saytının məlumatına görə, ölkənin qərbində yerləşən Simane prefekturasının qubernatoru Tasuya Maruyama belə addım atmaq niyyətində olduqlarını açıqlayıb.

Buna səbəb koronavirus pandemiyasıdır. O bildirib ki, Yaponiya hökuməti və Tokio rəhbərliyinin koronavirusun yayılması üçün gördüyü tədbirlər yetərincə olmamağı belə addım atmağa əsas verir.

Qeyd edək ki, Olimpiya məşəlinin estafeti martın 25-də Fukuima prefekturasında start götürəcək. Məşəl 121 gün ərzində ölkənin bütün 47 prefekturasını səyahət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR