ABŞ 49 ildən sonra ilk dəfə Olimpiadaya uğursuz başlayıb

ABŞ 49 ildən sonra ilk dəfə Olimpiadaya uğursuz başlayıb
# 24 iyul 2021 16:12 (UTC +04:00)

ABŞ millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk medal günündə mükafatsız qalıb.

Apasport.az saytının məlumatına görə, onlar 49 ildən sonra ilk dəfə Olimpiadaya uğursuz start götürüb.

Yarışın birinci günündə 11 dəst medal sahibini tapacaq ki, onlar arasında amerikalıların olmayacağı dəqiqdir. Axırıncı dəfə 1972-ci ildə Münhendə baş tutan Olimpiadada ABŞ millisi ilk günü medalsız tamamlamışdı.

Qeyd edək ki, ilk gündə Çin 2 qızıl, 1 bürünc medalla hələlik birinci pillədədir.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR