Tokio-2020: Azərbaycan paracüdoçuları 2 qızıl, 1 bürünc medal qazanıb - YENİLƏNİB-1

Şəhanə Hacıyeva

© APA | Şəhanə Hacıyeva

# 27 avqust 2021 13:27 (UTC +04:00)

Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə Azərbaycan millisinin 4 paralimpiyaçısı mübarizəyə qoşulub.

“Neftçi İdman Klubu”nun yetirmələri olan təmsilçilərimiz günü 3 medalla başa vurub. Şəhanə Hacıyeva Paralimpiya yığmamıza ilk qızıl medalı qazandırıb.

Ardınca Vüqar Şirinli də finaldakı qələbə ilə çempionluq sevinci yaşayıb. Namiq Abaslı isə bürünclə kifayətlənib.

Bununla da Tokio-2020-də Paralimpiya Oyunlarında Azərbaycanın qazandığı medal sayı 5-ə çatıb. Paracüdoçulardan öncə üzgüçü Roman Saleh (100 m, arxası üstə üzmə) 1-ci, pauerliftinqçi Pərvin Məmmədov (49 kq) 3-cü yeri tutub.

Kişilər
60 kq

Vüqar Şirinli 1/4 finalda türkiyəli Recep Ciftçi ilə üz-üzə gəlib. Debütdə qələbə qazanan təmsilçimiz yarımfinal görüşünü də aktivinə yazıb. O, rumıniyalı Aleks Boloqa qalib gəlib.

Şirinli finalda qazaxıstanlı Anuar Sarıyevlə güləşib və qələbə sayəsində çempion tituluna yiyələnib.

66 kq
Namiq Abaslı Paralimpiadaya ispaniyalı Serxio İbaneslə görüşlə start verib. Məğlubiyyətə üzülən paracüdoçumuz təsəlliverici qarşılaşmalara qatılıb. O, öncə Luis Peresi (Puerto-Rika), ardınca Viktor Rudenkonu (Rusiya) yarışdan kənarlaşdırıb.

Abaslı bürünc medal uğrunda ukraynalı David Xorovanı sınağa çəkib və tatamidən qalib ayrılıb.

Qadınlar
48 kq

Şəhanə Hacıyeva çıxışı uğurlu alınıb. Yaponiyalı Şizuku Hanqai, daha sonra Viktoriya Potapovaya (Rusiya) qalib gələn həmyerlimiz finala yüksəlib. O, çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşıb və qələbə qazanıb. Bununla da Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.

52 kq
Bəsti Səfərova çıxışını medalsız bitirib. O, ilk qarşılaşmasında yaponiyalı Yui Fujivaraya, təsəlliverici görüşdə isə ukraynalı Nataliya Nikolayçuka uduzub.

***

Saat. 12:18

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, yığmamızın heyətində Vüqar Şirinli çempionluq sevinci yaşayıb.

O, 1/4 finalda türkiyəli Recep Ciftçi ilə üz-üzə gəlib. Debütdə qələbə qazanan təmsilçimiz yarımfinal görüşünü də aktivinə yazıb. Şirinli rumıniyalı Aleks Boloqa qalib gəlib.

Təmsilçimiz finalda qazaxıstanlı Anuar Sarıyevlə güləşib və qələbə sayəsində yarışın qalibi adına yiyələnib.

***

Saat. 11:59

Azərbaycan Tokioda keçirilən Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, paracüdoçumuz Şəhanə Hacıyevanın çıxışı uğurlu alınıb. Yaponiyalı Şizuku Hanqai, daha sonra Viktoriya Potapovaya (Rusiya) qalib gələn həmyerlimiz finala yüksəlib.

O, çempionluq döyüşündə fransalı Sandrin Martinlə qarşılaşıb və qələbə qazanıb. Bununla da, Azərbaycan millisinin paralimpiadada ilk qızıl medalı rəsmiləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR