Azərbaycan parataekvondoçusunda koronavirus aşkarlanıb

Azərbaycan parataekvondoçusunda koronavirus aşkarlanıb
# 31 avqust 2021 12:52 (UTC +04:00)

Azərbaycan paralimpiya yığması daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, parataekvondoçu Aynur Məmmədova yarışdan kənarlaşdırılıb.

Buna səbəb +58 kq çəkidə çıxış edən paralimpiyaçımızın koronavirusa yoluxmasıdır. İki dəfə test verən Aynurun nəticələri müsbət çıxıb.

Onun yoluxması yığmamıza təsir etməyib. Digər idmançılarımız karantinə alınmayaraq yarışa hazırlığı davam etdirir.

Qeyd edək ki, daha öncə paracüdoçu Ramil Qasımov (73 kq) da koronavirusa yoluxduğu üçün mübarizəyə qatılmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR