Britaniya səfiri yüksək nəticə göstərən Azərbaycan paralimpiyaçılarını təbrik edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp

© APA | Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp

# 30 avqust 2021 19:05 (UTC +04:00)

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) “Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edib.

APA-nın məlumatına görə, səfir bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan Paralimpiya komandasından olan dostlarımızın 9 qızıl medal və 4 bürünc medal əldə etməsi sevindiricidir. Təbriklər”, - deyə səfir paylaşımda qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR