Daha bir paralimpiyaçımız qızıl medal qazanıb, Azərbaycanın medal sayı 16-ya çatıb - VİDEO

Daha bir paralimpiyaçımız qızıl medal qazanıb, Azərbaycanın medal sayı 16-ya çatıb - VİDEO
# 01 sentyabr 2021 14:47 (UTC +04:00)

Azərbaycan yığması Tokio-2020 Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, bu uğura üzgüçü Vəli İsrafilov imza atıb.

O, brass üsulu ilə 100 m məsafəyə üzməkdə fərqlənib. Paraüzgüçümüz 1:04,86 nəticə ilə birinci yeri yeri tutaraq, çempion tituluna yiyələnib. O, həmçinin Oyunların rekordunu vurub.

Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medallarının sayı 16-ya çatıb. Bu mükafatlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR