Erməni idmançı Olimpiadadan qovulub

Erməni idmançı Olimpiadadan qovulub

© APA | Benik Abramyan

# 03 avqust 2021 10:44 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarında erməni əsilli Gürcüstan atleti Benik Abramyan yarışdan kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, nüvə itələmədə qüvvəsini sınayan idmançı dopinq səbəbindən cəzalanıb.

O, antidopinq qaydalarını pozması üzündən Olimpiadadan qovulub.

Bunu Beynəlxalq Dopinq Testləşdirmə Agentliyinin (İTA) mətbuat xidməti açıqlayıb. Bildirilib ki, Abramyanın iyulun 31-də verdiyi A probunda deqidroxlormetil-testosteron, metandienon və tamoksifen aşkarlanıb. İdmançı B probunun yoxlanılmasını tələb etmək hüququna malikdir.

Qeyd edək ki, kişilərin nüvə itələmə yarışı bu gün start götürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR