Kamal Məmmədov: “Azərbaycan əsgəri kimi, idmançıları da bütün dünyaya gücünü göstərdi"

Kamal Məmmədov: “Azərbaycan əsgəri kimi, idmançıları da bütün dünyaya gücünü göstərdi"
# 07 sentyabr 2021 11:40 (UTC +04:00)

“Milli Paralimpiya Komitəsi bütün dünyaya idmançılarının gücünü nümayiş etdirdi”.

Apasport.az saytının məlumatına görə, bunu Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan yığmasının Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı çıxışını yüksək qiymətləndirib: “Azərbaycan əsgəri kimi, idmançıları da bütün dünyaya öz iradəsini, gücünü göstərdi. Bundan da yaxşı ola bilərdi. Qarşıda Paris-2024 Yay Paralimpiya Oyunları gəlir. İnşallah. 2024-cü ildə də yeni uğurlarımızla millətimizi sevindirəcəyik”.

Qeyd edək ki, Tokio-2020-də 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan Azərbaycan paralimpiyaçıları medal siyahısında 10-cu yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR