Pərvin Məmmədov: “Bu qələbəni gözləyirdim”

Pərvin Məmmədov: “Bu qələbəni gözləyirdim”
# 07 sentyabr 2021 12:01 (UTC +04:00)

“Çox şadam ki, ölkəmizi layiqincə təmsil etdik, qızıl medallarımızın ardı gəldi”.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan millisinə ilk medalı qazandıran pauerliftinqçi Pərvin Məmmədov (49 kq) jurnalistlərə açıqlamasında deyib.

Bürünc mükafata yiyələnən təmsilçimiz bu uğura sevindiyini söyləyib: “Fəxr edirəm ki, azərbaycanlıyam. Bu qələbəni gözləyirdim. Niyə də gözləməyim? Çünki qalib ölkənin idmançılarıyıq. Hər bir idmançı bu yarışa yaxşı hazırlaşmışdı. Şükürlər olsun, uğurlu nəticə əldə etdik”.

Qeyd edək ki, Pərvin Məmmədov Tokio-2020-də 156 kq nəticə göstərərək 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR