Rusiya 2036-cı ildə keçiriləcək Olimpiadaya ev sahibliyi etmək istəyir

Rusiya 2036-cı ildə keçiriləcək Olimpiadaya ev sahibliyi etmək istəyir
# 13 avqust 2021 12:56 (UTC +04:00)

Rusiya 2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyin verilməsini nəzərdən keçirir.

Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

O bildirib ki, artıq bir neçə şəhər bununla bağlı sifarişini verib: “Bu məsələ nəzərdən keçirilir. Sifarişlər hazırlanır. Bir neçə şəhər tam dəqiqdir. Məncə Sankt-Peterburq, Kazan. Bir neçə şəhər artıq sifarişi təqdim də edib. Ona görə digərləri uzatmamalıdır”.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 2024-cü ildə Parisdə, 2028-ci ildə Los-Ancelesdə, 2032-ci ildə Brisbendə təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR